Xəzər Xəbər

"Qalatasaray"ın transfer bombası

İdman | 17:52 • 23 Oktyabr 2018
"Qalatasaray"ın transfer bombası

"Qalatasaray" "Çelsi"nin ulduzu Kesk Fabreqasa elçi düşüb.


İspan futbolçu yeni baş məşqçi Mauritsio Sarrinin gəlişindən sonra heyətə düşü bilmir və bu səbəbdən komadadan ayrılmaq istəyir.


"Qalatasaray" isə bu şansdan yararlanmaq niyyətindədi. Fabreqasın müqaviləsi mövsümün sonunda başa çatacaq. İstanbul klubu isə kiçik transfer haqqı qarşılığında qışda onu heyətinə qatmaq istəyir. Bu alınmasa, "Qalatasaray" 31 yaşlı mərkəz yarımmüdafiəçisini mövsümün sonunda transfer edəcək.


Qeyd edək ki, Fabreqas 2014-cü ildə "Barselona"dan "Çelsi"yə 33 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 25 milyon avro qiymət qoyduğu futbolçu bu mövsüm cəmi 4 rəsmi oyunda meydana çıxaraq 265 dəqiqə oynayıb.


Fanat.Az

Xəbər lenti