Xəzər Xəbər

“El Klasiko”: Hakimlər məlum oldu

İdman | 16:03 • 23 Oktyabr 2018
“El Klasiko”:

İspaniya La Liqasının X turunda "El Klasiko” baş tutacaq.

"Barselona” ilə "Real” arasında keçiriləcək görüşün baş hakimi müəyyənləşib.

Oktyabrın 28-də "Nou Kamp”da baş tutacaq qarşılaşmanı Xose Mariya Sançes idarə edəcək. Oyunun VAR hakimi isə Alexandro Ernandes olacaq.

Qeyd edək ki, bu, Xose Mariya Sançesin cari mövsüm La Liqada 5-ci matçı olacaq. Bu mövsüm ilk dəfə "Real”ın oyununda fit çalacaq 35 yaşlı referi "Barselona”nın "Alaves”i 3:0 hesabı ilə məğlub etdiyi görüşü idarə edib.

Xəbər lenti