Xəzər Xəbər

"Qarabağ"a texniki məğlubiyyət verildi

İdman | 14:32 • 23 Oktyabr 2018
"Qarabağ"a texniki məğlubiyyət verildi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.


XəzərXəbər PFL-in rəsmi saytına istinadən bildirir ki, iclasda Topaz Premyer Liqasının 8-ci turunun "Qarabağ” – "Səbail” matçında qeydə alınan qayda pozuntusuna hüquqi qiymət verilib. Ağdam təmsilçisinin heyətində protokolda adı qeyd olunmayan futbolçu (Abbas Hüseynov) iştirak etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Bundan başqa, klub 8000 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, bu qərardan sonra xallarının sayını 13-ə çatdıran "Səbail" turnir cədvəlində 3-cü pilləyə yüksəlib. "Qarabağ"ın ehtiyatından isə 3 xal silinib. Komanda hazırda 16 xalla 2-ci sıradadır.

Xəbər lenti