Xəzər Xəbər

“Şerif”-“Qəbələ” oyununun hakimləri müəyyənləşib

İdman | 09:00 • 23 Oktyabr 2018
“Şerif”-“Qəbələ” oyununun hakimləri müəyyənləşib

Futbol üzrə UEFA Gənclər Liqasının Çempionlar yolu turnirinin birinci mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb. 2017/2018-ci il mövsümündə Azərbaycan Gənclər Liqasının çempionu adını qazanan "Qəbələ”nin U-19 komandasının Moldova "Şerif”i ilə səfərdəki matçının hakimləri də müəyyənləşib.


Xezerxeber.az xəbər verir ki, oktyabrın 24-də Tiraspolda keçiriləcək matçı Kiprdən olan hakimlər idarə edəcəklər. "Şerif” stadionunun kiçik arenasında təşkil olunacaq görüşün baş hakimi Timofeos Kristofi olacaq. Ona həmyerliləri Giorgos Savva və Andreas Mixailidis kömək edəcəklər. Oyunun dördüncü hakimi funksiyası moldovalı İon Orlikə tapşırılıb.


Xatırladaq ki, oktyabrın 24-də keçiriləcək "Şerif” – "Qəbələ” matçı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Komandalar arasında oktyabrın 3-də Qəbələdə keçirilən ilk görüş 1:1 hesabı ilə başa çatıb.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti