Xəzər Xəbər

“Qarabağ”–“Vorskla” oyununun hakimləri bəlli olub

İdman | 13:18 • 22 Oktyabr 2018
“Qarabağ”–“Vorskla” oyununun hakimləri bəlli olub

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində "Qarabağ”ın Ukraynanın "Vorskla” komandasına qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.


Xezerxeber.az xəbər verir ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüşü İsraildən olan hakimlər briqadası idarə edəcək. Matçın referisi Roi Raynşrayber olacaq. Danni Krasiku və David Elias Bitton yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.


Alon Yefet ilə Daniel Bar Natan əlavə köməkçi, Amihay Yehoşua Mozes isə dördüncü hakim olacaq.


Qarşılaşmanın hakim-inspektoru rusiyalı Sergey Zuyev, UEFA nümayəndəsi isə polşalı Kazimirj Olesjekdir.


Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.

Xəbər lenti