Xəzər Xəbər

Venger "Bavariya" yolunda

İdman | 12:52 • 19 Oktyabr 2018
Venger "Bavariya" yolunda

"Bavariya"nın mövsümə uğursuz başlaması rəhbərliyi addım atmağa məcbur edir.

XəzərXəbər xəbər verir ki, klubun idarə heyəti bu gün mətbuat konfransı təşkil edəcək. "Bild"in məlumatına görə, komandanın baş məşqçisi Niko Kovaç vəzifəsindən uzaqlaşdırılacaq. Onun əvəzinə isə 68 yaşlı Arsen Venger təyin ediləcək.

Qeyd edək ki, Venger 1996-2018-ci illərdə "Arsenal"ı çalışdırıb. Fransız mütəxəssis məşqçi karyerasını başa vurmadığını açıqlamışdı.

Xəbər lenti