Xəzər Xəbər

İdman tarixində ən bahalı müqavilə imzalandı

İdman | 15:28 • 18 Oktyabr 2018
İdman tarixində ən bahalı müqavilə imzalandı

İdman tarixinin ən bahalı müqaviləsi izalanıb.


XəzərXəbər xəbər verir ki, müqavilə meksikalı boksçu Saul Alvares və DAZN striminq xidməti arasında bağlanıb.


365 milyon dollar dəyəri olan anlaşmaya əsasən 28 yaşlı boksçu 2023-cü ilədək 11 döyüşə çıxacaq.


Qeyd edək ki, indiyədək idman tarixinin ən bahalı müqaviləsini amerikalı beysbolçu Cankarlo Stenton imzalamışdı. 


Onun 2014-cü ildə "Mayami Marlins”lə imzaladığı 13 illik anlaşmanın dəyəri 325 milyon dollar idi.

Xəbər lenti