Xəzər Xəbər

Anri: "Pep Qvardioladan örnək alıram"

İdman | 10:55 • 18 Oktyabr 2018
Anri: "Pep Qvardioladan örnək alıram"

"Monako"nun yeni baş məşqçisi Tyerri Anri açıqlama verib.

 

XəzərXəbər xəbər verir ki, karyerasında ilk dəfə baş məşqçi təcrübəsini yaşayacaq fransız mütəxəssis kluba bu fürsəti yaratdığı üçün təşəkkür edib: "Monako"dan təklif alanda qəlbimin səsini dinlədim. Kluba mənə evimə dönmək şansını verdiyi üçün təşəkkür edirəm".

 

41 yaşlı çalışdırıcı Pep Qvardioladan örnək aldığını deyib:

 

"Pep Qvardioladan örnək alıram. "Barselona"da necə oynamaq lazım olduğunu ondan öyrəndim. Pepdən ilham almışam".

 

Qeyd edək ki, Anri "Barselona"da Pep Qvardiolanın rəhbərliyi altında çıxış edib.

Xəbər lenti