Xəzər Xəbər

Braziliya millisinin üzvü rəsmən "Milan"da

İdman | 10:52 • 18 Oktyabr 2018
Braziliya millisinin üzvü rəsmən "Milan"da

"Milan" heyətini gücləndirib.

"Qırmızı-qaralar" Braziliyanın "Flamenqo" klubundan Lukas Paketanı transfer edib. 21 yaşlı futbolçunun keçidi 35 milyon avroya başa gəlib. Pleymeyker 2019-cu ilin yanvar ayında yeni klubuna qatılacaq. Bu barədə Braziliya klubunun idman direktoru Bruno Spindel məlumat verib.

Qeyd edək ki, Braziliya millisinin üzvü "Flamenqo"nun yetirməsidir.

Xəbər lenti