Xəzər Xəbər

Fabreqas rekordlar kitabına düşdü

İdman | 14:23 • 17 Oktyabr 2018
Fabreqas rekordlar kitabına düşdü

"Çelsi"nin futbolçusu Sesk Fabreqas Ginnesin rekordlar kitabına düşüb.

İspan yarımmüdafiəçi Premyer Liqada ən qısa zamanda 100 məhsuldar ötürmə sayına çatan futbolçu olub. 31 yaşlı futbolçu bu göstəriciyə 293 matçda nail olub.

Əvvəlki rekord 367 oyunda 100 qol ötürməsi edən "Mançester Yunayted"in uelsli sabiq futbolçusu Rayan Qiqqzə aid idi.

Qeyd edək ki, Fabreqas 2003-2011-ci illərdə "Arsenal"da çıxış edib. O, 2014-cü ildən isə "Çelsi"nin şərəfini qoruyur.

Xəbər lenti