Xəzər Xəbər

Bolt Avropa klubundan 2 illik təklif alıb

İdman | 10:01 • 16 Oktyabr 2018
Bolt Avropa klubundan 2 illik təklif alıb
Klubun adı açıqlanmayıb

Səkkizqat olimpiya çempionu Useyn Bolt Avropanın futbol klublarından birindən təklif alıb.

Bu barədə məlumatı Boltun agenti Toni Rallis verib. Rallis klubun adını açıqlamayıb.

Ancaq bildirib ki, həmin klubun yeni sahibi var. Yeni rəhbərlik isə komandanı Çempionlar Liqasının qrup mərhələsində görmək istəyir.

Agent, Bolta 2 illik müqavilə təklif olunduğunu da bildirib. Onu da qeyd edək ki, Useyn Bolt peşəkar futbolçu karyerasına Norveçin "Stromqodset” komandasında başlayıb. O, bir neçə ay əvvəl Avstraliyanın "Sentral Kost Mariners” klubuna transfer olunub.

Xəbər lenti