Xəzər Xəbər

Azərbaycan Maltaya qarşı: START HEYƏTLƏR AÇIQLANDI

İdman | 19:31 • 14 Oktyabr 2018
Azərbaycan Maltaya qarşı:

Saat 20:00-də futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

D liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi doğma meydanda Malta yığmasını qəbul edəcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyun üçün komandaların start heyətləri açıqlanıb.

Azərbaycan millisinin heyətində meydana Kamran Ağayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Araz Abdullayev, Mahir Mədətov və Rüfət Dadaşov çıxacaqlar.

Malta yığmasının start heyətində isə Endryu Hoqq, Cozef Zerafa, Stiv Borq, Andrey Aqius, Pol Fenek, Cozef Mbonq, Andre Şembri, Rouen Muskat, Xuan Korbolan, Rayan Kamileri və Albert Effionq yer alıblar.

Azərbaycan yığması UEFA-nın yeni təsis etdiyi turnirin D liqasının 3-cü qrupunda Farer Adaları, Malta və Kosovo milliləri ilə mübarizə aparır. Üç turdan sonra Qurban Qurbanovun yetirmələri 5 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 7 xalla birinci, Farer Adaları 3 xalla üçüncü, Malta isə 1 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib.

Xəbər lenti