Xəzər Xəbər

Həbib üçün daha bir şad xəbər

İdman | 20:28 • 10 Oktyabr 2018
Həbib üçün daha bir şad xəbər
Konoru məğlub edən Həbibin İnstaqramda da üzü gülüb.

İrlandiyalı döyüşçü Konor Makqreqoru Las-Veqasda keçirilən UFC 229 yarışlarında məğlub edən rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun İnstaqramda da üzü gülüb.

Yarışlardan sonra imdançının izləyici sayı 5 milyon nəfər artıb. İndi Həbibi izləyənlərin sayı 11,3 milyon nəfərdir. O, sosial şəbəkədə "5 ən məşhur rusiyalı”nın siyahısına düşüb.

Siyahıda ilk yeri Olqa Buzova (13,8 milyon), ikinci yeri Timati (12,8 milyon), üçüncü yeri Kseniya Borodina (11,8 milyon), beşinci yeri isə Pavel Volya (10,8 milyon) tutur.(qafqazinfo.az)

Xəbər lenti