Xəzər Xəbər

"Everton" Cenk Tosunla yolları ayırır?

İdman | 14:01 • 10 Oktyabr 2018
"Everton" Cenk Tosunla yolları ayırır?

"Everton" hücumçusu Cenk Tosunla yolları ayıra bilər.

Bu barədə "Daily Mirror" məlumat yayıb. Nəşrin iddiasına görə, Liverpul təmsilçisi qış transfer pəncərəsində Türkiyə millisinin üzvünü göndərmək istəyir. Məlumata görə, Cenk "Beşiktaş"a icarəyə veriləcək. "Mavilər"in baş məşqçisi Marko Silva 27 yaşlı forvardın performansından məmnun deyil.

Qeyd edək ki, "Everton" ilin əvvəlində Tosunu 24+4 milyon avroya "Beşiktaş"dan transfer etmişdi. Türkiyəli hücumçu cari mövsüm Premyer Liqada 8 oyuna (471 dəqiqə) 1 qol vurub.

Xəbər lenti