Xəzər Xəbər

"Vorskla"nın əsas oyunçusu əməliyyat olundu - "Qarabağ"a qarşı oynamayacaq

İdman | 12:14 • 10 Oktyabr 2018
"Vorskla"nın əsas oyunçusu əməliyyat olundu -

"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın "Vorskla” klubunun əsas futbolçusu Aleksandr Kobaxidze çiynindən əməliyyat olunub.


Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, əməliyyat uğurla başa çatıb.


Ukrayna mətbuatı gürcüstanlı yarımmüdafiəçinin bu il oynamayacağını yazıb. Bildirilib ki, A.Kobaxidze bundan əvvəl əməliyyat olunacağı təqdirdə, böyük ehtimalla bu ilin sonuna kimi oynamayacağını açıqlamışdı.


Bu isə o deməkdir ki, 30 yaşlı futbolçu "Qarabağ”a qarşı keçirəcəyi hər iki matçı buraxacaq.


Qeyd edək ki, "Qarabağ" və "Vorskla" arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, cavab görüşü noyabrın 8-də Poltavada olacaq.

Xəbər lenti