ABŞ-ın Nevada ştatının Atletika komissiyası Həbib Nurməhəmmədovla bağlı qərar verib.
Komissiya UFC 229 turnirində irlandiyalı idmançı Konor Makqreqor
üzərində qələbə qazanan dağıstanlı döyüşçünün qazandığı mükafatı özündə
saxlayır.
Bu barədə UFC-nin prezidenti Deyna Uayt məlumat verib: "Onlar pulu
müsadirə ediblər və mükafatın Həbibə verilməməsini düşünürlər. O, bütün
məbləği götürə bilməyəcək. Həbib çempionluq kəmərini saxlayacaq, ancaq
diskvalifikasiya ediləcək. Çox güman ki, bu 4-6 ay müddətlik olacaq".
Qeyd edək ki, Konor Makqreqor üzərindəki qələbədən sonra Həbib
Nurməhəmmədov iki milyon dollar və yayımın satışından hissə qazanmalı
idi. O, döyüşdən sonra rəqibinin komandasına hücum edib. (Unikal.org)