Xəzər Xəbər

Mourinyonun 34 milyonluq təzminatı

İdman | 17:45 • 8 Oktyabr 2018
Mourinyonun 34 milyonluq təzminatı

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun klubdakı gələcəyi sual altındadır.

Mövsümə uğursuz başlayan "qırmızı şeytanlar"ın çalışdırıcısı üçün "Daily mirror"da yeni məlumat yer alıb. Mançester təmsilçisi 2020-ci ilə kimi müqaviləsi olan mütəxəssislə yolları ayırsa, ona 34 milyon avro təzminat ödəməli olacaq. Əgər "Mançester Yunayted" Çempionlar Liqasına vəsiqə qazanmasa, müqavilənin şərtlərinə uyğun olaraq, Mourinyo qovulacağı təqdirdə, ona 11 milyon avro ödəniləcək.

Qeyd edək ki, Mourinyo qovulacağı ilə bağlı suala "Məni göndərəcəklərini düşünmürəm. Təzminatımın nə qədər olduğunu bilirsiz?" cavabınıı vermişdi.

Xəbər lenti