Xəzər Xəbər

“Qəbələ” rəsmisindən Sənan Qurbanovla bağlı AÇIQLAMA

İdman | 16:55 • 8 Oktyabr 2018
“Qəbələ” rəsmisindən
"Zirə”yə məğlubiyyətdən sonra isə baş məşqçi...

Azərbaycan Premyer Liqasında yeni mövsümə "Səbail” üzərində 3:0 hesablı qələbə ilə başlayan "Qəbələ”yə sanki sonradan göz dəydi. "Qırmızı-qaralar” qələbə bir yana, artıq heç-heçəyə də həsrət qalıb. Bütün bunlar isə təbii ki, Qəbələ təmsilçisinin azarkeşləri arasında narahatlığa səbəb olur. Son illərdə "Qarabağ”la birgə Azərbaycanı Avropada ən yaxşı şəkildə təmsil edən, iki dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandadan insanların çox şey gözləməsi təbiidir.

Premyer Liqanın son turunda "Zirə”yə məğlubiyyətdən sonra isə baş məşqçi Sənan Qurbanovun postundan ayrılacağı haqda xəbərlər yayıldı. Hətta son günlərdə mətbuatda "qırmızı-qaralar”ın "sükanı arxasına” keçəcəyi iddia olunan namizədlərin adları da göstərilir. Bunlar "Neftçi”nin sabiq baş məşqçisi Tərlan Əhmədov və "Kəpəz”in, həmçinin milli komandanın keçmiş çalışdırıcısı Şahin Diniyevdir.

"Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlı isə AzNews.az-a açıqlamasında Qurbanovun postunda qalacağını bildirdi:

"Sənan Qurbanov baş məşqçi postunda qalır. "Qəbələ”nin hansısa başqa məşqçi ilə danışıq aparması haqda xəbərlər həqiqəti əks etdirmir”.

"Qəbələ” Azərbaycan Premyer Liqasının növbəti turunda "Neftçi” ilə qarşılaşacaq.

Xəbər lenti