Xəzər Xəbər

Lopeteqini Konte əvəzləyə bilər

İdman | 14:27 • 8 Oktyabr 2018
Lopeteqini Konte əvəzləyə bilər

"Real Madrid” baş məşqçisi Xuan Lopeteqini istefaya göndərməyə hazırlaşır. Bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

Məlumata görə, ispan məşqçi istefaya göndəriləcəyi təqdirdə boş qalmış vəzifəyə birinci namizəd kimi Antonio Kontenin adı hallanır.

Qeyd edək ki, Lopeteqinin komandası La Liqada son 3 turda qələbə qazana bilməyib və 8 turdan sonra lider "Sevilya”dan iki xal geridə olmaqla 4-cü yerdə qərarlaşıb.

Xəbər lenti