XəzərXəbər Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qalatasaray futbol klubu
Mustafa Cengizin prezidentliyi dövründə komandanın başına yenidən
gətirilən Fatih Terimle yeni müqavilə imzalamaq niyyətindədir.
Bir il
beş aylıq müqaviləsi gələn ilin may ayında bitən Terimlə klub bu dəfə 3
illik müqavlə imzalamaq istəyir.
Verilən məlumata görə, Fatih Terim budəfəki baş məşqçiliyi zamanı 3 milyon avro alacaq. Əgər komanda bu sezon çempiyon olsa, məşqçiyə əlavə 500 min avro mükafar veriləcək.