Oktyabrın 7-də İngiltərə Premyer Liqasının 8-ci turunun növbəti oyunları keçirilib.
Xezerxeber.az xəbər verir ki, turun mərkəzi matçında "Liverpul” klubu son çempion "Mançester Siti” komandasını qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Qarşılaşmanın 87-ci dəqiqəsində Pep Qavardiolanın yetirmələri 11 metrlik cərimə zərbəsi vurmaq imkanı əldə etsələr də, Riyad Mahrez hədəfdən yayınıb.
Günün digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:
"Fulhem” – "Arsenal” - 1:5
"Southampton” – "Çelsi” - 0:3