Xəzər Xəbər

Mbappe 13 dəqiqəyə poker etdi

İdman | 08:59 • 8 Oktyabr 2018
Mbappe 13 dəqiqəyə poker etdi

Oktyabrın 7-də futbol üzrə Fransa çempionatının 9-cu turunun son oyununda PSJ klubu öz meydanında "Lion” kollektivini qəbul edib.


Xezerxeber.az xəbər verir ki, görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Parislilərin heyətində Kilian Mbappe 4 dəfə fərqlənib. O, 13 dəqiqə ərzində poker edib. Digər qola isə braziliyalı hücumçu Neymar imza atıb.


Beləliklə, PSJ I Liqada ardıcıl 9-cu qələbəsini qazanıb və vahid liderdir. "Lion” isə 14 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər lenti