Xəzər Xəbər

"Real Madrid" səfərdə "Deportivo"ya məğlub olub

İdman | 10:37 • 7 Oktyabr 2018
"Real Madrid" səfərdə "Deportivo"ya məğlub olub

Oktyabrın 6-da İspaniya La Liqasının 8-ci turuna start verilib.


Xezerxeber.az xəbər verir ki, turun gözlənilməz hesabı "Mendizorroza" stadionunda qeydə alınıb. "Real Madrid" klubu səfərdə "Deportivo Alaves" komandasının qonağı olub. Görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Oyunda yeganə qolun müəllifi 90-cı dəqiqədə Manu Qarsiya olub.


Madrid təmsilçisinin əzəli rəqibi "Barselona" oktyabrın 7-də doğma meydanda "Valensiya" klubu ilə qarşılaşacaq.


Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:


"Atletik Bilbao" - "Real Sosyedad" - 1:3


"Girona" - "Eybar" - 2:3


"Xetafe" - "Levante" - 0:1.

Xəbər lenti