Xəzər Xəbər

"Yuventus" liderliyini davam etdirir

İdman | 10:56 • 7 Oktyabr 2018
"Yuventus" liderliyini davam etdirir

Oktyabrın 6-da İtaliya A Seriyasının 8-ci turuna start verilib.


Xezerxeber.az xəbər verir ki, son ölkə çempionu "Yuventus" səfərdə "Udineze" komandasının qonağı olub. Görüş turinlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Hər iki qol birinci hissədə vurulub. Matçın 33-cü dəqiqəsində Rodriqo Bentankur, 37-ci dəqiqəsində isə Kriştianu Ronaldu fərqlənib.


Bu qələbə "Yuventus"un İtaliya A Seriyasında ardıcıl 8-ci qələbəsi olub. "Qoca sinyora" turnir cədvəlində ən yaxın izləyicisini 9 xal qabaqlamaqla liderliyini davam etdirir.

Xəbər lenti