Xəzər Xəbər

"Mançester Yunayted" Premyer Liqada 8-ci pilləyə yüksəlib

İdman | 10:56 • 7 Oktyabr 2018
"Mançester Yunayted" Premyer Liqada 8-ci pilləyə yüksəlib

Oktyabrın 6-da İngiltərə Premyer Liqasının 8-ci turuna start verilib.


Xezerxeber.az xəbər verir ki, turun maraqla gözlənilən oyunu "Mançester Yunayted" ilə "Nyukasl" arasında olub.


Mançester şəhərinin "Old Trafford" stadionunda keçirilən oyuna qonaqlar fəal başlayıblar və artıq 10-cu dəqiqədə rəqibin qapısından iki top keçirməyə müvəffəq olublar. Robert Kenedi və Yosinori Muto fərqlənib.


İkinci hissədə "qırmızı şeytan"lar matçın gedişatını dəyişə biliblər. Əvvəlcə Xuan Mata və Antoni Marsyal fərqləniblər. Komandanın qələbə topunu isə 90-cı dəqiqədə Aleksis Sançes vurub.


"Mançester Yunayted" bu qələbə sayəsində turnir cədvəlinin 8-ci pilləsinə yüksəlib. "Nyukasl" isə 19-cu yerdə qalıb.


Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:


"Brayton" - "Vest Ham Yunayted" - 1:0


"Börnli" - "Haddersfild" - 1:1


"Kristal Palas" - "Volverhampton" - 0:1


"Lester Siti" - "Everton" - 1:2


"Tottenhem" - "Kardif Siti" - 1:0


"Votford" - "Bormunt" - 0:4.


Qeyd edək ki, tura "Fulhem" - "Arsenal", "Southempton" - "Çelsi" və "Liverpul" - "Mançester Siti" oyunları ilə yekun vurulacaq.

Xəbər lenti