Xəzər Xəbər

Həbib Nurməhəmmədovun meneceri həbs edilib - FOTO

İdman | 10:24 • 7 Oktyabr 2018
Həbib Nurməhəmmədovun meneceri həbs edilib -

Rusiyalı samboçu Həbib Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov polislər tərəfindən həbs edilib.


O, zalda tamaşaçılar arasında baş verən davadan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Dava Birləşmiş Ştatların Las-Veqas şəhərində UFC çempionları irlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüşdən dərhal sonra başlayıb. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub. Bununla yanaşı, rinqdə Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında da əlbəyaxa dava olub. Bütün bunlardan sonra irlandiyalı döyüşçü soyunub-geyinmə otağına aparılıb.

Sonda qalib Həbib Nurməhəmmədov elan edilib, lakin çempion kəməri ona təqdim olunmayıb. ("Report")

Xəbər lenti