Xəzər Xəbər

Robbenin əvəzinə Cengiz Ünder

İdman | 19:45 • 6 Oktyabr 2018
Robbenin əvəzinə Cengiz Ünder

"Roma"nın uğurlu transferi olan Cengiz Ünderin adı artıq nəhəng klublarla hallanır.

21 yaşlı gələcəyin ulduzu "Bavariya" transfer etmək istəyir. Aryen Robbenin 34 yaşında olması səbəbindən münhenlilər yeni cinah yarımmüdafiəçisi olaraq, türkiyəli futbolçunu hədəfə alıb. Bu keçid üçün Bundesliqa təmsilçisi "Roma"ya 60 milyon avro təklif edəcək.

İtaliya mətbuatı Cengizlə "Arsenal" və "Mançester Siti"nin də maraqlandığını qeyd edib.

Qeyd edək ki, Türkiyə millisinin üzvü cari mövsüm 7 oyunda 2 qol vurub, 4 assist edib.

Xəbər lenti