Xəzər Xəbər

İbrahimoviçdən "Milan" iddialarına özünəməxsus cavab

İdman | 19:31 • 6 Oktyabr 2018
İbrahimoviçdən "Milan" iddialarına özünəməxsus cavab

MLS təmsilçisi "Los-Anceles Qalaksi"də çıxış edən Zlatan İbrahimoviçin keçmiş komandasıİtaliyanın "Milan" klubuna qayıdacağı ilə bağlı iddialar yayılıb.

37 yaşlı isveçli forvard bu şayiələrə münasibət bildirib: "Hər zaman belə iddialar olub. Həm də məni bütün dünya istəyir. Bu, mənim üçün adi bir şeydir".

Qeyd edək ki, İbrahimoviç 2010-2012-ci illərdə "Milan"da oynayıb və 85 oyuna 56 qol vurub.

Xəbər lenti