Xəzər Xəbər

"Barselona"da müdafiə səfərbərliyi: hədəf Kulibali

İdman | 16:30 • 6 Oktyabr 2018
"Barselona"da müdafiə səfərbərliyi: hədəf Kulibali

"Barselona" Jerar Pike, Samuel Umtiti, Kleman Lanqle kimi müdafiəçilərinin olmasına baxmayaraq, arxa xəttə yeni oyunçu almaq üçün hərəkətə keçib.

Kataloniya klubu "Napoli"nin müdafiəçisi Kalidu Kulibalini heyətinə qatmaq istəyir. Bu barədə "Mundo Deportivo" məlumat yayıb. Məlumatda seneqallı stopper üçün "Barselona"nın qış fasiləsində neapollulara 65 milyon avro təklif edəcəyi qeyd edilib.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2014-cü ildən "Napoli"də oynayır.

Xəbər lenti