Xəzər Xəbər

Bekhemin Radamel Falkao planı

İdman | 15:44 • 6 Oktyabr 2018
Bekhemin Radamel Falkao planı

"İnter Mayami"nin sahibi olan Devid Bekhem klubla bağlı gələcək planlarını qurur.

İngiltərə millisinin keçmiş üzvü ulduz futbolçuları okeanın o tayına aparmaq fikrindədir. "The Sun"da yer alan xəbərə görə, Bekhem 2020-ci ildə "Monako" ilə müqaviləsi başa çatacaq Radamel Falkaonu klubuna gətirməyi düşünür.

43 yaşlı funksioner daha öncə "Barselona"nın ulduzu Lionel Messini də komandaya gətirmək istədiyini bəyan etmişdi.

Qeyd edək ki, "Mayami İnter" 2020-ci ildən etibarən MLS-də çıxış edəcək.

Xəbər lenti