Xəzər Xəbər

“Bu axşam çox mehriban qarşılandıq!” - Özil Bakıdan yazdı

İdman | 11:55 • 5 Oktyabr 2018
“Bu axşam çox mehriban qarşılandıq!” - Özil Bakıdan yazdı
Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Bakı Olimpiya Stadionunda Ağdamın "Qarabağ” klubu ilə qarşılaşan İngiltərənin "Arsenal” komandasının türk əsilli futbolçusu Məsud Özil Azərbaycanla bağlı yenidən status paylaşıb.


XəzərXəbər xəbər verir ki, futbolçu "Twitter”dəki şəxsi səhifəsində ingilis dilində yazıb: "Bu axşam çox mehriban qarşılandıq. Bakı Olimpiya Stadionu, çox sağ ol!”


Xatırladaq ki, oktyabrın 4-də keçirilən görüşdə "Arsenal” klubu 3:0 hesabı ilə qələbə qazanıb.

Xəbər lenti