"Səfərdə güclü rəqibə
qarşı oynayırdıq. Birinci hissədə kifayət qədər çətinlik çəkdik. Meydan
sahibləri yaxşı oyun nümayiş etdirdi, bizə çətinlik yaratdılar”.
XəzərXəbər xəbər verir ki, bunu "Arsenal” klubunun baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ” ilə oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
"Qarabağ”ın fərqli oyunlarını təhlil etmişdik. Əsasən də "Şerif” və "Sportinq”lə görüşlərinə baxmışdıq. Bu komanda ötən mövsüm Çempionlar Liqasında
"Atletiko Madrid” kimi komanda ilə iki oyun heç-heçə edib. Biz də öz
növbəmizdə rəqibin üstün cəhətlərini göstərməsinə imkan verməməyə
çalışdıq”, – deyə ispaniyalı mütəxəssis bildirib.
Qeyd edək ki, "Qarabağ"- "Arsenal" oyunu qonaqların 0:3 hesablı qələbəsilə başa çatıb.