Xəzər Xəbər

UEFA statistik göstəriciləri açıqladı

İdman | 17:37 • 4 Oktyabr 2018
UEFA statistik göstəriciləri açıqladı

UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinin oktyabrın 2-də və 3-də keçirilən ikinci turu çərçivəsində oynanılan 16 oyunda qapılara ümumilikdə 49 top vurulub.


Xezerxeber.az xəbər verir ki, qollardan 23-ü turun birinci, 26-sı isə ikinci günündə vurulub.


UEFA Çempionlar Liqasının ikinci turunda 8 oyunda meydan sahibləri, beşində isə qonaq komandalar qalib gəliblər. Üç oyunda isə heç-heçə qeydə alınıb.


Oyunlarda futbolçulara 67 sarı və 3 qırmızı vərəqə göstərilib. Yalnız bir oyunda - "Borussiya Dortmunt” – "Monako” matçında 11 metrlik cərimə zərbəsi təyin edilib.


Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun görüşləri oktyabrın 23-də və 24-də oynanılacaq.

Xəbər lenti

Çox oxunanlar