1 oktyabr 2018-ci il
üçün URS - "Grand chess tour” və Kasparov Fondu tərəfindən təsis edilmiş
universal reytinq dərc edilib. Bu reytinqdə klassik şahmat, rapid və
blits üzrə bütün yarışlarda çıxışların nəticələri nəzərə alınır.
Reytinq əmsalı 2796 olan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov
dünya üzrə ilk onluqda 4-cü yerdədir. İlk onluqda birinci 3 yeri Norveç
nümayəndəsi Maqnus Karlsen (2864), Amerika təmsilçisi Hikaru Nakamura
(2809) və fransız Maksim Vaşye-Laqrav (2800) tutur.
Azərbaycan
şahmatçılarından daha 5 nəfər dünya üzrə ilk yüzlüyə daxildir – Teymur
Rəcəbov (2748) – 19-cu, Rauf Məmmədov (2728) – 28-ci, Qədir Hüseynov
(2712) – 41-ci, Eltac Səfərli (2701) – 48-ci və Arkadi Naydiç (2692) –
59-cu yerdədir.