Xəbər verdiyimiz kimi,
bu gün Avroliqanın qrup mərhələsinin II turunda təmsilçimiz "Qarabağ"
İngiltərənin "Arsenal" klubu ilə qarşılaşacaq. XəzərXəbər xəbər verir ki, oyunun keçiriləcəyi Bakı
Olimpiya Stadionunun qapıları 17:55-də açılacaq. Azarkeşlərin tribunada
yerlərini asanlıqla tapması və oyunun başlamasına yaxın yaranacaq
anşlaqın qarşısını almaq üçün stadiona 3 saat öncədən gəlmələri məsləhət
görülür.
Həmçinin qarşılaşma ilə əlaqədar Bakı
Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq. Belə ki, plana
uyğun olaraq, "Koroğlu" stansiyası oyuna 2 saat qalmışdan futbol matçı
başa çatması ilə əsas tamaşaçı kütləsinin axını tam tənzimlənənə qədər
gücləndirilmiş rejimində işləyəcək. Zərurət yaranacağı təqdirdə xəttə
ehtiyat qatar veriləcək. Sərnişinlərin metronun "Koroğlu" stansiyasının
xidmətindən tam təhlükəsiz və rahat istifadə etməsi təmin olunacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.