Xəzər Xəbər

UEFA iki klubla bağlı araşdırmalara başlayıb

İdman | 21:53 • 3 Oktyabr 2018
UEFA iki klubla bağlı araşdırmalara başlayıb

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində ötən gün oynanılan "Mançester Yunayted” - "Valensiya” matçının nəticəsinə görə bu klublara qarşı intizam icraatı üzrə araşdırmalara başlayıb.


Xezerxeber.az xəbər verir ki, buna səbəb komandaların intizam qaydalarını pozması olub.


"Mançester Yunayted"ə qarşı ittihamın əsasında komandanın futbolçularının arenaya gec daxil olması və oyuna gec başlaması olub. "Valensiya"ya qarşı ittihamlar arasında isə klubun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə və oyunun başlanğıcında gecikmə olub.


Xatırladaq ki, "Old Trafford” stadionunda oynanılan görüş qolsuz heç-heçə ilə başa çatıb.

Xəbər lenti