Xəzər Xəbər

Rusiya Baş nazirinin keçmiş müavini FIDE-nin yeni prezidenti seçilib

İdman | 19:08 • 3 Oktyabr 2018
Rusiya Baş nazirinin keçmiş müavini FIDE-nin yeni prezidenti seçilib

Rusiya Federasiyası Baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni prezidenti seçilib.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, FIDE-nin prezidenti vəzifəsinə seçkilər Batumidə təşkil olunan 43-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində keçirilib.


Seçkilərdən əvvəl A.Dvorkoviç qalib gələcəyi təqdirdə komandasına digər üzvlərlə yanaşı, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovu da daxil edəcəyini demişdi. O, həmçinin FIDE-nin fəaliyyətində aşkarlığa üstünlük verəcəyini, müxtəlif ölkələrdən sponsorları cəlb edəcəyini vurğulamışdı.


FIDE-nin sonuncu prezidenti Kirsan İlyümjinov seçkilərdə namizədliyini irəli sürməmişdi.

Xəbər lenti