Xəzər Xəbər

Abramoviç “Çelsi”ni neçəyə satacağını açıqladı

İdman | 16:10 • 25 Sentyabr 2018
Abramoviç “Çelsi”ni neçəyə satacağını açıqladı

Rusiyalı biznesmen Roman Abramoviç "Çelsi” futbol klubunu 3 milyard funt sterlinqə satmağı planlaşdırır.

Bu məlumatı "Blomberq” agentliyi yayıb.

Qeyd edək ki, bundan öncə britaniyalı milyarder Cim Retklif "Çelsi”yə görə Abramoviçə 2 milyard funt sterlinq verməyə hazır olduğunu bəyan edib. Lakin Abramoviç Retklifin bu təklifini rədd edib.

"Forbes” jurnalı bu ilin iyulunda "Çelsi”nin dəyərinin 2,06 milyard dollar olduğunu açıqlayıb. Abramoviç özü isə "Çelsi”ni 2003-cü ildə 140 milyon funt sterlinqə alıb.

Xəbər lenti