Xəzər Xəbər

"Arsenal"ın "Qarabağ"la oyun ərəfəsi daha bir futbolçusu zədələndi

İdman | 16:54 • 24 Sentyabr 2018
"Arsenal"ın "Qarabağ"la oyun ərəfəsi daha bir futbolçusu zədələndi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan "Arsenal"da itkilər var.

Premyer Liqanın 6-cı turunda "Everton"la matçda zədələnən Sokratis Papastatopulosun oktyabrın 4-də "Qarabağ"la oyuna yetişməyəcəyi gözlənilir. Yunanıstan millisinin üzvünün son durumu bu gün bəlli olacaq.

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin müdafiəçisi Sead Kolaşinaç, fransalı stopper Loran Koselni və ingiltərəli cinah müdafiəçi Karl Cenkinson da "Qarabağ"a qarşı oynamayacaq. Bundan əlavə, erməni yarımmüdafiəçi Henrix Mxitaryanın da yüngül zədəsi var. Lakin onun durumu ciddi deyil. Buna baxmayaraq, onun da Bakıya gələcəyi gözlənilmir.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.

Xəbər lenti