Xəzər Xəbər

UEFA “Qarabağ”a 4 milyon avro ayırdı

İdman | 15:06 • 24 Sentyabr 2018
UEFA “Qarabağ”a 4 milyon avro ayırdı
"Qarabağ” FK-nın UEFA Avropa Liqasında iştirakı və son 10 ildə performansına görə Avropa futbol qurumu tərəfindən ayrılmış 4 035 740.00 (dörd milyon otuz beş min yeddi yüz qırx) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə "Qarabağ” klubunun hesabına köçürülüb.


XəzərXəbər AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ" klubunun Avropa Liqasında iştirakı üçün (48 kluba bu məbləğ ayrılıb) – 2 750 000.00 (iki milyon yeddi yüz əlli min) avro ayrılıb.


Əmsalların sıralamasına əsasən, son 10 ildəki performansına görə isə Ağdam klubu 1 milyon 285 min 740 avro əldə edib.

Xəbər lenti