Xəzər Xəbər

Ronaldu FIFA mükafatının təqdimetmə mərasiminə gəlməyəcək

İdman | 13:45 • 24 Sentyabr 2018
Ronaldu FIFA mükafatının təqdimetmə mərasiminə gəlməyəcək

"Yuventus” futbol klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu FIFA mükafatının təqdimetmə mərasiminə gəlməyəcək.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Ronaldunun mərasimə gəlməməsi sırf idman səbəbi ilə əlaqədardır. Belə ki, sentyabrın 23-də "Frozinone” klubu (2:0) ilə qarşılaşan "Yuventus” sentyabrın 26-da növbəti turda "Boloniya” ilə üz-üzə gələcək.


Qeyd edək ki, FIFA-nın "The Best” mükafatının təqdimetmə mərasimi bu gün Londonda baş tutacaq. 2018-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısına Ronaldudan başqa, Xorvatiya millisinin və "Real” klubunun yarımmüdafiəçisi Luka Modriç, həmçinin "Liverpul” komandasının misirli hücumçusu Məhəmməd Salah da daxil edilib.


"Barselona”nın argentinalı hücumçusu Lionel Messi də FIFA-nın 2018-ci il üçün mükafatlarının təqdimatı mərasimində iştirak etməkdən boyun qaçırıb. İlin oyunçusu nominantları sırasında olmayan Messi ən yaxşı qolun müəllifi adına namizəddir. Onun mərasimdə iştirak etməməsinin şəxsi səbəblərlə bağlı olduğu bildirilir.

Xəbər lenti