Xəzər Xəbər

Bu gün beşinci turunun son iki oyunu keçiriləcək

İdman | 13:48 • 23 Sentyabr 2018
Bu gün beşinci turunun son iki oyunu keçiriləcək

Sentyabrın 23-də Topaz Premyer Liqasının beşinci turunun son iki oyunu keçiriləcək.


Xezerxeber.az xəbər verir ki, beşinci turun ikinci gününün ilk oyununda "Keşlə” klubu doğma meydanda "ASK Arena”da "Sumqayıt” komandasını qəbul edəcək. Orxan Məmmədovun idarə etdiyi oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.


Turun mərkəzi qarşılaşması isə "Azərsun Arena”da baş tutacaq. Keçən mövsüm Topaz Premyer Liqasının çempionu və gümüş mükafatçıları "Qarabağ” və "Qəbələ” üz-üzə gələcəklər. Bu komandalar arasında keçirilən son 10 oyunda üstünlük Ağdam təmsilçilərindədi. Beş dəfə "Qarabağ” klubu, üç oyunda isə "Qəbələ” klubu qələbə qazanıb. İki oyunda heç-heçə qeydə alınıb. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Oyunda ədaləti təmin etmək Əliyar Ağayeva tapşırılıb.

Xəbər lenti