İspaniyanın "Real Madrid” klubu və Xorvatiya millisinin futbolçusu Luka Modriçə həbs cəzası kəsilib.
Bu barədə "EL Mundo" nəşri yazıb.
33 yaşlı Modriç vergidən yayındığı üçün barəsində 8 ay həbs qərarı çıxıb.
Lakin futbolçu həbs cəzasını pul ödəməklə əvəzləyə bilər. Beləliklə o, İspaniya hökümətilə əldə etdiyi razılığa əsasən, 60 min avro ödəməklə həbs cəzası çəkməkdən azad olunacaq.