Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bir ilkə imza atılıb. 21 yaşlı yaponiyalı Hifumi Abe kişilər arasında yarışlarda rəqiblərini geridə qoyaraq dünya çempionu olub.
Onun
18 yaşlı bacısı Uta Abe da mübarizəyə qoşularaq qadınlar arasında 52 kq
çəki dərəcəsində qızıl medal qazanıb. Bacı-qardaşın Bakıdakı yarışlarda çempion olması maraqla qarşılanıb.