Xəzər Xəbər

Lionel Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib

İdman | 17:19 • 21 Sentyabr 2018
Lionel Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.


Xezerxeber.az UEFA-nın saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, "Barselona”nın hücumçusu Lionel Messi ən yaxşı oyunçu seçilib. Argentinalı futbolçu "Liverpul” klubunun yarımmüdafiəçisi Ceyms Milnerı, "Lion”nun hücumçusu Nabil Ferkiri və "Mançester Yunayted” komandasının yarımmüdafiəçisi Pol Pogbanı qabaqlayıb.


"Barselona”nın Hollandiyanın PSV klubuna 4:0 hesabı ilə qalib gəldiyi görüşdə Messi üç qol vurub.

Xəbər lenti