Xəzər Xəbər

"Qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik" - Qurban Qurbanov

İdman | 09:58 • 21 Sentyabr 2018
"Qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik" - Qurban Qurbanov

İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik. Bunu Avropa Liqası çərçivəsində ötən gün Portuqaliyanın "Sportinq" klubu ilə qarşılaşmadan sonra (2:0) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Q.Qurbanov rəqibi qələbə münasibətilə təbrik edib: "Öz oyunumuza gəlincə, narazı qaldığım məqam yoxdur. Futbolçularım pis təsir bağışlamadılar, hər şey düşündüyümüz kimi gedirdi. Sadəcə, iki kobud səhv etdik və qollar buraxdıq".

Baş məşqçi futbolçularından razı olduğunu da bildirib: "İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik".

Xəbər lenti