Xəzər Xəbər

"Qarabağ" "Sportinq"ə məğlub oldu

İdman | 09:12 • 21 Sentyabr 2018
"Qarabağ" "Sportinq"ə məğlub oldu
UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.


Turnirdəki yeganə təmsilçimiz "Qarabağ” səfərdə "Sportinq”lə qarşılaşıb.


Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Ağdam təmsilçisi 45 dəqiqə ərzində inamlı oyun nümayiş etdirib.

İkinci hissədə oyun rəqibin üstünlüyü ilə keçib. "Sportinq” öz meydanında "Qarabağ”a 2 cavabsız qol vuraraq görüşdən qalib ayrılıb.

Qeyd edək ki, "Joze Alvalade” stadionunda keçiriləcək qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edib.

Xəbər lenti