Xəzər Xəbər

Azərbaycanlı rusiyalılara təcavüzkarlardan qorunmağı öyrədir - FOTO

İdman | 15:18 • 20 Sentyabr 2018
Azərbaycanlı rusiyalılara təcavüzkarlardan qorunmağı öyrədir -

Həftədə üç dəfə Həştərxanın 11-ci Qırmızı Ordu küçəsindəki 24 nömrəli məktəbin idman zalına müxtəlif yaşdan olan qadınlar gəlir. Onlar silahla davranmağı, özünü qorumağı öyrənirlər. Çünki burada qadınların təcavüzkarlardan qorunması üçün xüsusi kurslar təşkil edilib.

Oxu.Az Həştərxan KİV-ə istinadla xəbər verir ki, qadınlara özünümüdafiə kursunu daxili işlər orqanlarının sabiq əməkdaşı, azərbaycanlı Rəhman Əmirahov keçir.

Hüquq-mühafizə orqanlarında işlədiyi 20 il müddətində o, qadınların təcavüzkarların hücumundan əziyyət çəkdiyi xeyli hadisə ilə qarşılaşıb. Və hər dəfə qadınlar özlərini qorumaq gücündə olmayıblar.

"Çünki ilk olaraq qadınlar panikaya düşür, şok vəziyyətində olur və heç nə edə bilmir. O, nə etməli olduğunu bilmir, qorxur. Bunları biləndən sonra başa düşdüm ki, onlara yardım edə bilərəm”, - məşqçi bildirib.

Bu gün Rəhman Əmirahov Rusiya və dünyada tanınmış məşqçidir, onun rəhbərlik etdiyi döyüş məktəbinin isə 15 yaşı tamam olub. Bu illər ərzində Rəhmanın yetirmələri saysız-hesabsız mükafatlar qazanıblar. 1997-ci ildə beynəlxalq dərəcəli hakim adını alıb.

Xəbər lenti