Xəzər Xəbər

Cüdo üzrə dünya çempionatının yarımfinalçıları müəyyənləşib

İdman | 14:32 • 20 Sentyabr 2018
Cüdo üzrə dünya çempionatının yarımfinalçıları müəyyənləşib

Bakıdakı Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatının ilk gününün yarımfinalçıları müəyyənləşib.


129 ölkədən 800-dən çox cüdoçunun mübarizə apardığı çempionatda kişilər arasında 60 kiloqram çəki dərəcəsində finala gedən yolda gürcüstanlı Amiran Papinaşvili Rusiya təmsilçisi Robert Mşvidobadze ilə, yaponiyalı idmançılar - Naohisa Takato və Ryuju Naqayama üz-üzə gələcəklər.


Qadınlar arasında 48 kiloqram çəkidə yarımfinal mərhələsində ukraynalı Daria Bilodid argentinalı Paula Pareto ilə, Yaponiya təmsilçisi Funa Tonaki isə Monqolustan idmançısı Urantsetseq Munxbat ilə qarşılaşacaq.

Xəbər lenti