Xəzər Xəbər

Kəramət Hüseynovun təsəlliverici görüşdəki rəqibi müəyyənləşib

İdman | 14:05 • 20 Sentyabr 2018
Kəramət Hüseynovun təsəlliverici görüşdəki rəqibi müəyyənləşib

Cüdoçumuz Kəramət Hüseynov dünya çempionatının təsəlliverici görüşündə iştirak edəcək. Artıq cüdoçumuzun rəqibi müəyyənləşib. Bürünc medala gedən yolda K.Hüseynov Koreya Xalq Demokratik Respublikasından olan cüdoçu Yon Qvon Kim ilə üz-üzə gələcək.


13:19


Cüdoçumuz Kəramət Hüseynov dünya çempionatının təsəlliverici görüşündə iştirak edəcək. Cüdoçumuz ikiqat dünya çempionu, "Rio-2016" Yay Olimpiya Oyunlarının mükafatçısı Yaponiya təmsilçisi Naohisa Takatoya uduzub.


12:56


Cüdoçumuz Kəramət Hüseynov dünya çempionatında uğurlu çıxışını davam etdirir. Təmsilçimiz ispaniyalı Fransisko Qarriqos ilə görüşdən qalib ayrılıb. Yarımfinalda güləşçimiz ikiqat dünya çempionu, "Rio-2016" Yay Olimpiya Oyunlarının mükafatçısı Yaponiya təmsilçisi Naohisa Takato ilə qarşılaşacaq.


12:29


Cüdoçumuz Kəramət Hüseynov Bakıda keçirilən dünya çempionatında "Rio-2016" Yay Olimpiya Oyunlarının qalibi, "Bakı-2015" ilk Avropa Oyunlarının qızıl medalçısı, üçqat Avropa çempionu rusiyalı Beslan Mudranova ipponla qalib gəlib. Cüdoçumuz növbəti mərhələdə ispaniyalı Fransisko Qarriqos ilə qarşılaşacaq.



11:17


Çüdoçumuz Kəramət Hüseynov (60 kq) Bakıda keçirilən dünya çempionatında ilk görüşünü keçirib.


AZƏRTAC xəbər verir ki, milli komandamızın üzvü belçikalı Joran Şildermansa ipponla qalib gələrək növbəti mərhələyə adlayıb. Cüdoçumuz 1/16 finalda "Rio-2016" Yay Olimpiya Oyunlarının qalibi, "Bakı-2015" ilk Avropa Oyunlarının qızıl medalçısı, üçqat Avropa çempionu rusiyalı Beslan Mudranov ilə qarşılaşacaq.

Xəbər lenti